Cənubi Qafqazda sülh yolunda...”
21 Noyabr 23:00
21 Noyabr 23:00
21 Noyabr 22:50
21 Noyabr 22:38
21 Noyabr 10:56
6 İyul 15:40
2 394
Macarıstanda ukraynalı sərnişinlərin olduğu avtobus qəzaya uğrayaraq aşıb, ümumilikdə 19 nəfər xəsarət alıb, onlardan 17-si uşaqlardır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” Ukraynanın Macarıstandakı səfirliyinin konsulluq şöbəsinə istinadən məlumat yayıb.
Hadisə 6 iyul tarixində Kunşentmarton və Tisafeldvar şəhərləri arasında baş verib. Qəzaya Ukrayna qeydiyyatında olan sərnişin avtobusu düşüb.
Məlumata görə, azı iki uşaq ağır xəsarət alıb.
Digər Ukrayna nəşri “Strana.ua” isə yerli polisə istinadən bildirib ki, avtobus naməlum səbəbdən yoldan çıxaraq dəmir yolu bəndinin yaxınlığında aşaraq kənara yuvarlanıb.
Hadisə zamanı avtobusda ümumilikdə 77 nəfər – böyüklər və uşaqlar olub.
Məryəm Quliyeva
22 Noyabr 17:11
1 099
22 Noyabr 15:23
1 246
22 Noyabr 15:19
1 260