Duda NATO-nu Kiyevə hərbi yardım qovşağını bağlamaqla hədələyir Dünya

Duda NATO-nu Kiyevə hərbi yardım qovşağını bağlamaqla hədələyir

Polşa prezidenti Anjey Duda Ukraynaya hərbi yardımın çatdırılması üçün logistika mərkəzi olan Rzeşovdakı Yasionka hava limanını bağlamaq niyyətində olduğunu açıqlayıb.

"Sadəcə olaraq, Rzeşov aeroportunun və bizim magistral yollarımızın onlara məxsus olduğunu düşünürlər. Yaxşı, onlar onların deyil, bizimdir. Əgər kimsə nəyisə bəyənmirsə, onu bağlayıb “əlvida” deyirik”, - Duda Polşanın “Otvarta Konserwa” qəzetinə müsahibəsində bildirib.

O, həmçinin vurğulayıb ki, Polşa Ukrayna ətrafında baş verən hadisələr kontekstində öz rolunu daha qətiyyətlə vurğulamalıdır, çünki həm Ukrayna, həm də Qərb müttəfiqləri Polşanın logistik resurslarını “özlərinin” hesab edirlər. Duda Şərqi Polşanın infrastrukturunun, o cümlədən Ukraynaya humanitar və hərbi yardımın çatdırılmasında mühüm rol oynayan Yasionka hava limanının vacibliyini qeyd edib.

Cavid