Hindistanda yağış fəlakətində ölənlərin sayı 85-ə çatdı Dünya

Hindistanda yağış fəlakətində ölənlərin sayı 85-ə çatdı

Hindistanın şimalındakı Himaçal Pradeş əyalətində güclü yağışların yaratdığı sel, torpaq sürüşməsi və bu fəlakətlər səbəbindən baş verən yol qəzalarında həyatını itirənlərin sayı 85-ə yüksəlib.

Xalqcebhesi.az Hindustan Times-a istinadən xəbər verir ki, ölkənin Himaçal Pradeş əyalətində 20 iyundan bəri təsirli olan musson yağışları canlı və mal itkilərinə səbəb olmağa davam edir.

Əyalətin Fəlakət İdarəetmə Mərkəzindən (SDMA) verilən açıqlamada, şiddətli musson yağışlarının yaratdığı sel, torpaq sürüşməsi və ani leysanlarda həyatını itirənlərin sayının 54-ə çatdığı bildirilib.

Açıqlamada həmçinin, sel, torpaq sürüşməsi və ani leysanlar nəticəsində baş verən yol qəzalarında ölü sayı 31-ə yüksəldiyi qeyd olunub.

Əyalət üzrə 204 yolun avtomobil hərəkətinə bağlandığı və sel sularına düşən şəxslərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları, xüsusilə Hindistanda olmaqla, hər il böyük təbii fəlakətlərə və qəzalarla nəticələnir.

Məryəm Quliyeva