

11 İyul 16:12
11 İyul 13:56
11 İyul 13:26
Kaliforniya ştatının Los Angeles şəhərində tikilməkdə olan böyük tunelin bir hissəsinin çökdüyü, təxminən bir saat qapalı qalan 31 işçinin xilas edildiyi bildirilib.
Xalqcebhesi.az-ın məlumatına görə, Los Angeles yanğınsöndürmə idarəsinin rəsmiləri bildiriblər ki, şəhərdə inşaatda olan böyük tunelin bir hissəsi çökmüş və 31 işçi girişdən təxminən 9,6 kilometr içəridə qalmışdır.
Los Angeles şəhər meri Karen Bass sosial media hesabından etdiyi açıqlamada, çökmədən təxminən 1 saat sonra qapalı qalan işçilərin hamısının xilas edildiyini elan edib.
Məryəm Quliyeva