

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
ABŞ-ın Kaliforniya ştatında Hərbi Dəniz Qüvvələrinə məxsus F-35 döyüş təyyarəsi qəzaya uğrayıb və pilot sağ qalıb.
Xalqcebhesi.az xəbər verir ki, CNN-in məlumatına görə, Hərbi Dəniz Qüvvələri tərəfindən verilən yazılı açıqlamada, F-35 təyyarəsinin yerli vaxtla saat 18:30 radələrində Kaliforniyadakı Lemoore Dəniz Hava Stansiyasına yaxın ərazidə qəzaya uğradığı bildirilib.
Pilotun, çıxış sistemini istifadə edərək təhlükəsiz şəkildə təyyarədən çıxdığı və qəzanın səbəbi ilə bağlı araşdırmaların başladığı qeyd edilib. Açıqlamada qeyd olunub ki, F-35, pilot və ekipaj təlimlərinə cavabdeh olan VF-125 VF-125 Vuruş Qırıcı Eskadrasının bir hissəsidir.
Hadisə yerindən olan görüntülərdə təyyarənin qəzaya uğradığı açıq ərazidən alov və güclü tüstünün yayıldığı görünür.
Bundan əvvəl, yanvar ayında Alyaskada F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb və pilotun sağ-salamat olduğu bildirilib.
Məryəm Quliyeva