

Hindistan və Rusiya ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Xalqcebhesi.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyi Hindistan-Rusiya Modernləşdirmə və Sənaye Əməkdaşlığı üzrə İşçi Qrupunun Yeni Dehlidə keçirilən 11-ci iclasının yekunlarına dair məlumat yayıb.
“Hər iki tərəf alüminium istehsalı, gübrə və dəmir yolu nəqliyyatı, eləcə də dağ-mədən avadanlığı, geoloji kəşfiyyat, sənaye və məişət tullantılarının idarə edilməsi sahəsində potensialın artırılması və texnologiya transferi sahəsində əməkdaşlığın genişləndirilməsini alqışlayıblar”, - deyə nazirlikdən bildirilib.
Məryəm Quliyeva