Qərbi Azərbaycan qubernatoru: Mədənlərdən əldə edilən gəlir yerli əhaliyə çatmalıdır
Yerli əhali tərəfindən meşələrin bərpası layihəsi həyata keçirilir
Ərdəbildə min yerlik xəstəxana layihəsi yerinə yetirilməmiş qalır
Yuray Blanar: Slovakiya Qarabağın bərpasında iştirak imkanından böyük məmnunluq duyur
26 Avqust 22:32
1 925
Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagenin Fələstin dövlətinin, demokratik olması şərtilə, tanınmasını istisna etmədiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Biz Fələstinin dövlət kimi tanınmasına “yox” demirik. Biz bunun tərəfdarıyıq. Amma təbii ki, onun demokratik dövlət olacağından əmin olmalıyıq”, - o deyib.
Frederiksen vurğulayıb ki, hazırda Danimarka Fələstini tanımağa hazır deyil, çünki Qəzza zolağının əhəmiyyətli hissəsi HƏMAS hərəkatının nəzarəti altındadır.