Hindistan Nepalla həmsərhəd bölgəni yüksək həyəcan vəziyyətinə salıb Dünya

Hindistan Nepalla həmsərhəd bölgəni yüksək həyəcan vəziyyətinə salıb

Hindistan hökuməti ölkədə hökumət əleyhinə etirazlar və iğtişaşlar səbəbindən Nepalla həmsərhəd bölgəni yüksək hazırlıq vəziyyətinə salıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

"Nepalda davam edən iğtişaşlar fonunda Qərbi Benqaliyanın Panitanki şəhərində yüksək həyəcan siqnalı verilib", - məlumatda deyilir.
Bildirilib ki, iki ölkə sərhədində patrul xidməti gücləndirilib. Orada da polis postu yaradılıb.

Sentyabrın 4-də Nepal hökuməti bir sıra sosial şəbəkələrə, o cümlədən Facebook və Instagram-a girişi məhdudlaşdırıb. Bu, vətəndaşların narazılığına səbəb olub və kütləvi etiraz aksiyaları təşkil edib. Mitinqlər zamanı insanlar avtomobilləri yandırıb, nəqliyyatın hərəkətini kəsib, hətta prezidentin, baş nazirin və digər siyasətçilərin iqamətgahlarını yandırıblar. Sentyabrın 9-da ölkə hakimiyyətinin məhdudiyyətləri aradan qaldırmasına baxmayaraq, nümayişlər və iğtişaşlar dayanmayıb.

“The Himalayan Times” qəzetinin məlumatına görə, Nepaldakı etirazlar zamanı 500-dən çox insan xəsarət alıb. Onlar Katmandunun digər ərazilərində olduğu kimi federal parlamentin yaxınlığında fəallarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində xəsarət alıblar.

Məryəm Quliyeva