25 Avqust 16:35
25 Avqust 16:32
25 Avqust 16:30
Bir neçə günlük yüksəlişdən sonra "Bitcoin" 79 min dollara kimi ucuzlaşıb
ABŞ administrasiyası Səudiyyə Ərəbistanı ilə nüvə sazişini Konqresə təqdim edib
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Çexiyada əcnəbilərin ağır cinayətlərə görə avtomatik deportasiya edilməsi təklif olunur
Kanada ABŞ-ın avtomobillərə tətbiq etdiyi rüsumlara qarşı cavab tədbirləri görəcək
23 Yanvar 15:04
4 095
"Son günlər Əbu-Dabi ətrafında cəmləşən diplomatik fəallıq Ukrayna müharibəsinin yeni mərhələyə keçdiyini göstərir. Danışıqlarda ərazi məsələsinin açıq şəkildə gündəmə gətirilməsi onu deməyə əsas verir ki, münaqişə artıq təkcə hərbi qarşıdurma yox, siyasi bazarlıq müstəvisinə daşınıb”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
O bildirib ki, Ukraynaya böyük maliyyə dəstəyi vədinin ərazi güzəştləri ilə paralel müzakirə olunması Kiyev üçün son dərəcə ağır seçim yaradır: “Bu, bir tərəfdən müharibədən çıxış və iqtisadi nəfəs alma imkanı kimi təqdim olunur, digər tərəfdən isə dövlətin suverenliyi və gələcək təhlükəsizlik arxitekturası baxımından ciddi risklər doğurur. Rusiya isə bu prosesdə mövqeyini kifayət qədər sərt şəkildə ortaya qoyur. Moskva üçün məsələ iqtisadi təşviqlərdən daha çox təhlükəsizlik və strateji mövcudluqla bağlıdır”.
A.Nəsirovun sözlərinə görə, Vladimir Putinin açıqlamaları göstərir ki, Rusiya Ukrayna məsələsini NATO ilə uzunmüddətli qarşıdurmanın mərkəzi elementi kimi görür və bu xəttdən geri çəkilmək niyyətində deyil: “Enerji infrastrukturu dağıdılmış, humanitar vəziyyəti ağırlaşmış Ukrayna isə danışıqlara zəif mövqedən daxil olur. Bu mənzərə fonunda Əbu-Dabi təmasları sülhün başlanğıcından daha çox, müharibənin yeni siyasi çərçivədə davamı kimi qiymətləndirilə bilər”.
Röya İsrafilova
08:17
280
08:16
280
25 Avqust 21:36
798