

ABŞ, bütün ölkələrlə ədalətli və qarşılıqlı əlaqə prinsiplərinə riayət etmək şərti ilə ticarət etməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"ABŞ bütün ölkələrlə ticarət və davamlı kommersiya fəaliyyəti aparmaq istəyir. Biz ölkələrə [ticarət sahəsində] kömək etməyə hazırıq, amma bu, ədalətli və qarşılıqlı əsasda olmalıdır" — deyə Tramp BMT-nin 80-ci sessiyasının ümumi siyasi müzakirəsi zamanı çıxışında qeyd edib.
Trampın sözlərinə görə, ABŞ administrasiyasının dünyadakı əksər ölkələrə tətbiq etdiyi ticarət rüsumları yalnız bir qorunma mexanizmidir.
"Bir çox tariflər bizimlə bağlı nəzarətsiz tətbiq olunurdu, buna görə də biz rüsumları qorunma mexanizmi kimi istifadə etdik" — deyə o əlavə edib. "Biz həmçinin tariflərdən istifadə edirik ki, dünyada öz suverenliyimizi və təhlükəsizliyimizi qoruyaq".
Məryəm Quliyeva