11:55
140
Taksi sifarişi operatorları vasitəsilə ölkə ərazisində taksi ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicilərinə taksi sifarişi operatorları tərəfindən ödənilən gəlirlərdən 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması təklif olunur.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.