Hörmüz boğazında BƏƏ gəmisinə hücum: 11 yaralı, 1 itkin Dünya

Hörmüz boğazında BƏƏ gəmisinə hücum: 11 yaralı, 1 itkin

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "ADNOC Logistics & Services" (ADNOC L&S) şirkətinə məxsus gəmi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. Hadisə nəticəsində heyətin 11 üzvü yaralanıb, daha 1 nəfər isə itkin düşmüş hesab olunur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilir.

"Gəmilərdən biri noyabrın 17-si axşam saatlarında Hörmüz boğazından keçərkən hücuma məruz qalıb", – deyə "Zawya" portalının dərc etdiyi "ADNOC L&S" bəyanatında qeyd olunur.

"Heyət üzvlərindən biri hələ də itkin düşmüş sayılır, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Heyətin bütün digər üzvləri gəmidən təhlükəsiz şəkildə təxliyə edilib", – deyə şirkətdən əlavə olunub və 11 dənizçinin yaralandığı dəqiqləşdirilib.

Məryəm Quliyeva