Yohann Vadeful: Azərbaycan üzərindən Aİ ölkələrinə enerji təchizatı çox önəmlidir
Observatoriya rəhbəri: Hər dörd şagirddən biri bacarığına uyğun peşə seçimi edir
Yohann Vadeful: Azərbaycan üzərindən Aİ ölkələrinə enerji təchizatı çox önəmlidir
Almaniya XİN rəhbəri Cənubi Qafqazdakı son proseslər barədə məlumatlandırılıb
11:26
245
Azərbaycandan Almaniyaya qaz təchizatı başlayıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan artıq 10 Avropa İttifaqı ölkəsinə qaz təchizatı həyata keçirir: "Ümumilikdə 16 ölkəyə qaz təchizatı həyata keçirilir".
XİN rəhbəri Xəzər dənizi üzərindən kabel layihəsindən Almaniyanın faydalanmaq potensialına dair də fikir mübadiləsi apardıqlarını açıqlayıb.
O əlavə edib ki, ölkələr arasında mövcud əməkdaşlıq sahələrindən biri humanitar sahədir.
“Azərbaycan-Alman universitetinin yaradılması istiqamətində də danışıqlar aparılmasına dair niyyətimizi bildirdik”, - Ceyhun Bayramov vurğulayıb.
09:49
455
17 Noyabr 21:40
840
17 Noyabr 19:45
868