Ceyhun Bayramov Almaniya XİN rəhbəri ilə danışıqlarını müsbət qiymətləndirib Siyasət

Ceyhun Bayramov Almaniya XİN rəhbəri ilə danışıqlarını müsbət qiymətləndirib

Bu gün apardığımız danışıqları və həmkarımın səfərini müsbət qiymətləndirirəm.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, konstruktiv danışıqlar aparılıb: “Burada əldə olunan razılaşmalar Azərbaycan-Almaniya münasibətlərinin inkişafına daha da müsbət təsir edəcək”.