

Bu gün Budapeştdə Qırğızıstan-Macarıstan Strateji Şurasının beşinci iclasının yekununda 2026-2028-ci illər üçün Qırğızıstan və Macarıstan Xarici İşlər Nazirlikləri arasında ikitərəfli əməkdaşlıq üzrə müvafiq protokol və yol xəritəsi imzalanıb.
APA xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Qırğızıstanın və Macarıstanın xarici işlər nazirlərinin sədriliyi ilə keçirilən iclasda nazirlər Qırğızıstan-Macarıstan əməkdaşlığı, səfərlərin təşkili və digər ikitərəfli tədbirlər barədə məsələləri müzakirə ediblər.
Qırğıstanlı nazir Jeenbek Kulubaev özünün macar həmkarı Peter Siyartoya noyabrın 30-da keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidəçi qismində nümayəndələrini göndərməyi təklif edib.
Ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə Qırğızıstan-Macarıstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının və Qırğızıstan-Macarıstan Biznes Şurasının iclaslarının keçirilməsi qərara alınıb.