“Qarabağ klanı Ermənistanda revanşist prosesləri gücləndirir”
15 Dekabr 21:55
15 Dekabr 21:55
15 Dekabr 21:39
15 Dekabr 21:37
15 Dekabr 21:36
17 Noyabr 11:09
1 134
Gürcüstanda qəzaya uğramış Türkiyənin C-130 tipli hərbi təyyarəsinin qara qutularının araşdırılması bu həftənin sonuna başa çatacaq.
APA xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb.
Məlumatda bildirilir ki, iki qara qutudan birində pilotların öz aralarında və dispetçer qülləsi ilə apardıqları danışıqlar, həmçinin qəza anına aid səs yazıları yer alır. İkinci qara qutuda təyyarənin sistemlərinə dair qeyd mexanizmləri araşdırılır.
Qəzanın səbəbinin tam aydınlaşdırılması üçün qara qutuların qeydə aldığı 180 parametr üzrə təhlil aparılır. Araşdırmanın həftəsonuna qədər yekunlaşdırılması gözlənilir.
Rəsmilər bildiriblər ki, təyyarənin qəzaya uğraması ilə bağlı bütün ehtimallar diqqətlə araşdırılır və bu mərhələdə fərziyyələrə və əsassız şayiələrə yer verilməməlidir.
15 Dekabr 19:38
868
15 Dekabr 19:37
854
15 Dekabr 19:36
847