"İran rejimi elə indi yıxılarsa..." Dünya

"İran rejimi elə indi yıxılarsa..."

İranın “Azad İran” milli müqavimət hərəkatı haqqında bir neçə kəlmə. İran müxalifəti 44 ildir ki, İranda dini avtoritar hakimiyyətlə mübarizə aparır. Müxalifət hərəkatı Fransada, sonra Albaniyada İran icması ilə başladı. Sonra ABŞ-da. Müxalifət hərəkatının 52%-ni qadınlar təşkil edir. Hərəkatın rəhbəri qadındır. Bu uzun illər ərzində “kölgə hökuməti” formalaşıb.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu “Qadınların Geosiyasi Alyansı”nın (Ukrayna) prezidenti Svetlana Salamatova deyib.

O, qeyd edib ki, yəni İran rejimi elə indi yıxılarsa, yeni hökumət qurmaq üçün vaxt itirməyə ehtiyac qalmayacaq. Artıq hər şey hazırdır. Həmçinin, yeni liderlərin yetişdirilməsi üçün əməliyyat sistemi mövcuddur:

"Diqqət çəkən nədir?
1. Sistemli və peşəkar komanda işi.
2. İran kişilərinin qadınlara və qadın liderliyinə münasibəti.
3. Əməkdaşlığa açıqlıq.
4. Dostluq və qonaqpərvərlik.

Və əminəm ki, biz ilk dəfə iranlıların yüksək səslə “Ukraynada İran pilotsuz təyyarələrinə yox!” şüarlarını səsləndirdiyini görə bilərik.

Qadınların Geosiyasi Alyansının ABŞ-dakı İran icması ilə işinin bu nəticəsi məni çox sevindirir.
Əminəm ki, bu, yalnız başlanğıcdır".

P.S.Vaşinqtondakı İran müxalifətinin iclas zalından “İran” sözünü çıxarıb “Rusiya” ilə əvəz etsəniz, eşidilən bütün mənalar dəyişməyəcək. Avtoritar rejimlər hakimiyyəti saxlamaq üçün eyni vasitələrdən istifadə edir.
İşgəncə, məhkəmənin 15 il həbs cəzası, qadınların alçaldılması, cəmiyyətin hərbiləşdirilməsi.

Cavid