Avropa Parlamenti Trampın “sülh planı”nı sərt tənqid edib Dünya

Avropa Parlamenti Trampın “sülh planı”nı sərt tənqid edib

Avropa Parlamenti Ukraynanın iştirakı olmadan ABŞ-ın Rusiya ilə pərdəarxası danışıqlar aparmaq cəhdlərini və bu danışıqların nəticələrini Kiyevə diktə etməyə yönəlmiş addımları sərt şəkildə tənqid edən yeni qətnamə qəbul edib.

APA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Sənəddə bildirilir ki, ABŞ-ın Ukraynada sülhə nail olmaq strategiyası qənaətbəxş deyil və Avropa İttifaqı münaqişənin dinc yolla həlli prosesində daha çox məsuliyyət götürməlidir.

Avropa Parlamentinin deputatları həmçinin qeyd ediblər ki, mümkün sülh sazişi Ukraynanın özünü yeni hücumlardan müdafiə etmək imkanlarını məhdudlaşdırmamalıdır.