20:46
231
Gürcüstanda yük dövriyyəsinin artması şəraitində beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələri üçün bütün gömrük prosedurları xüsusi aktiv rejimdə həyata keçirilir.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Qeyd olunub ki, Qırmızı körpü də daxil olmaqla Gürcüstan ərazisindəki bütün gömrük məntəqələrində gömrük işçiləri həm fiziki şəxslər, həm də minik və sərnişin nəqliyyat vasitələri üçün nəzarət prosedurlarını tez bir zamanda həyata keçirməyə tam hazır vəziyyətdədirlər.
Xidmətdən bildirilib ki, beynəlxalq yük dövriyyəsinin davamlılığını təmin etmək üçün gömrük məntəqələrinin birgə idarə olunması çərçivəsində Türkiyə, Azərbaycan və Ermənistanın müvafiq gömrük orqanları ilə intensiv əlaqə saxlanılır və vacib problemlərin həlli yolları tez bir zamanda tapılır.