Tehran: İğtişaşlarda iştirak edənlər qəsdən öldürülüb Dünya

Tehran: İğtişaşlarda iştirak edənlər qəsdən öldürülüb

İranda iğtişaşçıların liderlərinin qurbanların sayını artırmaq məqsədilə digər iğtişaş iştirakçılarını qəsdən öldürdüyü bildirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın müdafiə naziri Əziz Nasirzadə açıqlama verib.

“Qrupların liderləri ictimai qəzəbi qızışdırmaq və ölənlərin sayını artırmaq üçün öz tərəfdarlarını yaxın məsafədən baş nahiyəsindən atəş açaraq qəsdən öldürürdülər”, — deyə onun sözlərini İranın dövlət teleradio şirkəti sitat gətirib.

Məryəm Quliyeva