“Qaz ixracı və yaşıl enerji artırılır”
3 Mart 21:15
3 Mart 21:15
3 Mart 21:14
3 Mart 19:19
15 Yanvar 15:23
2 338
Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti yeni qaydalarla tənzimlənəcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq. Bu zaman həmin ərazi əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin ediləcək.
Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.
3 Mart 18:52
1 232
3 Mart 18:51
1 204
3 Mart 18:32
2 422