İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Yanvar 13:48
2 989
“Azərbaycanda siqaretin, tütün məmulatlarının və onlara aid ləvazimatların, o cümlədən elektron siqaretlərin reklamı tam qadağan olunub”.
Bunu Millət vəkili Pərvanə Vəliyeva “Xalq Cəbhəsi”nə açıqlamasında deyib.
Onun fikirlərinə görə, qanunvericiliyə əsasən, bu məhsulların istənilən formada reklamı, sponsorluğu və satışın stimullaşdırılması yolverilməzdir və pozuntular inzibati məsuliyyətə səbəb olur: “Tütün məmulatlarının satışında həvəsləndirmə üsulları – pulsuz paylanması, lotereya və oyunlarda mükafat kimi verilməsi – həmçinin qadağan olunub. Qutuların üzərində sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq olmalı, yetkinlik yaşına çatmayanlara satış qəti qadağandır. Məktəblərə yaxın ərazilərdə köşklərin vitrinində tütün məmulatlarının açıq satışı yeniyetmələr üçün yanlış mesaj verə bilər. Burada ictimai nəzarət və maarifləndirmə olduqca vacibdir. Valideynlər və cəmiyyət fəal olmalı, tütündən istifadənin mənfi nəticələrini daim yeniyetmələrə çatdırmalı, anti-təbliğat aparmalıdırlar”.
Günel Elxan