ABŞ Sakit okeanda narkotik daşıyan üç qayığı vurub Dünya

ABŞ Sakit okeanda narkotik daşıyan üç qayığı vurub

ABŞ Silahlı Qüvvələri Sakit okeanın beynəlxalq sularında narkotik daşıyan üç sürətli qayığı məhv edib.

Bu barədə Pentaqonun X hesabında məlumat yayılıb.

Məlumata görə, əməliyyat zamanı qayılarda olan səkkiz nəfər ölüb.

Kəşfiyyat məlumatları həmin gəmilərin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunan məlum marşrutlarla hərəkət etdiyini və narkotik daşınması ilə məşğul olduqlarını təsdiqləyib.