13:56
840
ABŞ-da Harvard Universiteti Tibb Məktəbinin morq müdiri insan qalıqlarını oğurlayıb satdığına görə səkkiz il həbs cəzasına məhkum edilib. Cəzaya bir il həbs cəzası alan həyat yoldaşı da daxildir.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi 58 yaşlı Sedrik Locun orqanlar, dəri, əzalar, üzlər və hətta başlar da daxil olmaqla insan qalıqlarını oğurladığını etiraf etdiyini açıqlayıb.
Araşdırmalara görə, bu cinayətlər 2018-2020-ci illər arasında törədilib. Loc 2023-cü ilin may ayında vəzifəsindən uzaqlaşdırılıb. FTB-nin Filadelfiya ofisinin rəhbəri Ueyn A. Ceykobs bildirib ki, "Bu hökm bu cür hərəkətlərin ədalət mühakiməsinə cəlb olunmasını təmin etmək üçün daha bir vacib addımdır".
İstintaq nəticələri göstərir ki, Loc və həyat yoldaşı Denis Boston yaxınlığındakı tibb məktəbindən insan qalıqlarını götürərək Nyu-Hempşirin Qoffstaun şəhərindəki evlərinə, həmçinin Massaçusets və Pensilvaniyadakı müxtəlif yerlərə aparıblar. Bildirilib ki, bu prosedurlar donorların və ya onların ailələrinin razılığı olmadan həyata keçirilib.
Məryəm Quliyeva