Fidan Almaniya XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
İran Yaxın Şərqdəki ABŞ polad və alüminium zavodlarına hücum edib
Agentlik: Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələbi qanunvericiliyə ziddir
“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
18 Dekabr 2025 10:51
2 324
Azərbaycanda qabaqcıl təşviqlərin tətbiqi, dövlət–özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4%-dir.
“APA-Economics” xəbər verir ki, bunu “Dayaq mükafatı”nın təqdim olunması mərasimində çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
O qeyd edib ki, bu ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 4,7 milyard ABŞ dollarından çox olub:
“Bu da ötən illə müqayisədə təqribən 5% çoxdur. Bu ilin 11 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft sektoru üzrə investisiyalar təqribən 17% artaraq 4,2 milyard manata yaxın olub. Ölkəmizdə xarici mənbələrdən investisiya yatırımları artıb. Təkcə bu ilin yanvar–noyabr aylarında əsas kapitala xarici mənbələrdən yatırılan investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 27% artıb.
Xüsusilə sənayenin inkişafı ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması baxımından prioritet təşkil edir. Bu ilin 11 ayı ərzində sənaye istehsalımızın 70%-dən çoxu özəl sektorun payına düşüb.
Ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, bu ilin 9 ayı ərzində qadın sahibkarlarımızın sayı artaraq 339 minə yaxınlaşıb”.