Fidan Almaniya XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
İran Yaxın Şərqdəki ABŞ polad və alüminium zavodlarına hücum edib
Agentlik: Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələbi qanunvericiliyə ziddir
“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
18 Dekabr 2025 11:24
2 366
“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər çox müsbət bir məcrada davam edir. Təbii ki, burada dövlət başçılarının görüşləri, qarşılıqlı münasibətlər çox ciddi təsir edir. Azərbaycanla BƏƏ arasında başda siyasi məsələlər olmaqla iqtisadi, enerji, mədəni və s. istiqamətlərdə münasibətlər inkişaf etdirilir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü söyləyib.
O vurğulayıb ki, iki dövlət rəhbərləri arasında münasibətlərin bu səviyyəsi gələcəkdə bu dövlətlərin əlaqələrinin daha da yüksəlməsinə aparıb çıxara biləcək bir məsələ olacaq: “BƏƏ ərəb islam dünyasının, həmçinin dünyanın da önəmli ölkələrindən biridir. İstər dünyanın siyasi proseslərində, istər iqtisadi proseslərdə biz bunu görürük və BƏƏ hər zaman Azərbaycanla dost-qardaş münasibətlər saxlayıb. Bu gün artıq bu münasibətlər daha da inkişaf edir. Təbii ki, bu da təqdirolunası bir haldır”.
Röya İsrafilova