18:07
609
Türkiyənin Iğdır vilayətinin qubernatoru Ercan Turan və digər yüksək vəzifəli məmurları Türkiyə-Ermənistan sərhədindəki Alican keçid məntəqəsini ziyarət ediblər.
APA xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Məlumata görə, yüksək vəzifəli məmurlar sərhəd-keçid məntəqəsinin texniki infrastrukturunun yaradılması və Ermənistan-Türkiyə sərhədinin mümkün açılışı zamanı xidmətlərin göstərilməsi üçün müvafiq tikililərin inşası şərtlərini yerində öyrəniblər.