Netanyahu Trampın Qəzza üzrə “Sülh Şurası”na daxil olmaq dəvətini qəbul edib Gündəm

Netanyahu Trampın Qəzza üzrə “Sülh Şurası”na daxil olmaq dəvətini qəbul edib

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə “Sülh Şurası”nın tərkibinə daxil olacağını açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.

Məlumatda deyilir: “Baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın dəvətini qəbul etdiyini və dünya liderlərinin daxil olacağı ‘Sülh Şurası’nın üzvü olacağını bəyan edib.”

Məryəm Quliyeva