Makron təcili Ər-Riyada gəldi Dünya

Makron təcili Ər-Riyada gəldi

Fransa Prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanına səfər edib. Bu barədə informasiyanı "Əl Mayaden" televiziyası yayıb. O, Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb. Görüş Ər-Riyad hava limanında baş tutub. Tərəflərin əsas müzakirə mövzusunun Livandakı vəziyyət olduğu vurğulanıb.
Qeyd edək ki, bundan öncə rəsmi Beyrut Parisə müraciət edərək Səudiyyə Ərəbistanı ilə münasibətlərdə yardım etməsini istəyib. Livan hökumətinin iddiasına görə, bir müddət öncə Ər-Riyadda istefa verən keçmiş baş nazir Səid Həriri Səudiyyə Ərəbistanında ev dustaqlığına məhkum edilib. Həririnin məhz Məhəmməd bin Salman tərəfindən həbs edildiyi, onun da Səudiyyə Ərəbistanındakı korrupsiya qalmaqallarında iştirak etdiyi iddiası yayılıb.