İranda beynəlxalq internetə çıxış məhdudiyyətləri aradan qaldırılır Dünya

İranda beynəlxalq internetə çıxış məhdudiyyətləri aradan qaldırılır

İran ölkədə beynəlxalq internetə çıxışa qoyulmuş bütün məhdudiyyətləri ləğv edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TASS" agentliyinə İranlı diplomatik mənbə məlumat verib.

“Mənbənin sözlərinə görə, hazırda yalnız bütün milli internet platformalarında olan məhdudiyyətlər aradan qaldırılmır, eyni zamanda 19 yanvardan etibarən beynəlxalq internet məhdudiyyətləri də tədricən götürülür. Prezident Masud Pezeşkiyan müvafiq orqanlara göndərilən məktubda internet bazarını canlandırmaq və ictimaiyyətin beynəlxalq internetə çıxışını təmin etmək üçün bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib – bu proses hazırda həyata keçirilir”, – deyə mənbə bildirib.

Məryəm Quliyeva