12:41
763
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 163 ölkəsindən 337,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Gələnlərin 23,2 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,0 faizi İran, 5,0 faizi Gürcüstan, 4,6 faizi Hindistan, 3,7 faizi Pakistan, 3,6 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Özbəkistan, 2,6 faizi İsrail, 2,0 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 72,0 faizini kişilər, 28,0 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,4 faiz artaraq 13,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,4 faiz artaraq 111,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,9 faiz azalaraq 55,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 0,7 faiz azalaraq 157,0 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,2 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.