12:42
798
İran Prezidenti Məsum Pezeşkian bildirib ki, yanvar ayında baş verən kütləvi iğtişaşlar zamanı 400-ə qədər hərbçi həlak olub, ən azı 2 min dinc sakin isə günahsız olaraq həyatını itirib. O, həmçinin ABŞ Prezidenti Donald Trampın etirazçılar arasında 32 min qurban olduğu barədə sözlərini təkzib edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə İranın dövlət tele-radio şirkətinə müsahibəsində söyləyib.
“Deyirlər ki, İran pisliyin və terrorizmin ocağıdır. Biz terrorçuyuqmu? İnsanları öldürürükmü? Dünən ABŞ Prezidenti dedi ki, İran 32 min insanın kütləvi qətlini təşkil edib. Biz kütləvi qətllər təşkil etmişik? Biz statistikanı, hətta adları göstərilən pasport nömrələrini təqdim etdik. Kim deyirsə ki, rəqəmlər daha çoxdur – gəlsin sübut etsin. Bundan əlavə, açıqlanan məlumatlarda 2 mindən çox insan günahsız olaraq həyatını itirib; 300–400 nəfər isə qanunun qorunmasına xidmət edən hərbçilərdir”, – deyib.
Yanvarın sonunda İranın Xarici İşlər Naziri Abbas Araqçi bildirib ki, İslam Respublikasında iğtişaşlar zamanı 3 117 nəfər həyatını itirib.
Məryəm Quliyeva