20:39
819
Azərbaycanda gəlmə və daxili turizm əməliyyatları əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası" İctimai Birliyinin sədri Ruslan Quliyev Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.
O həmçinin təklif edib ki, sektorda differensial vergi sistemi tətbiq olunsun: "Bu, uzunmüddətli deyil, 2-3 il müddətinə tətbiq olunmalıdır. Nəzərə alsaq ki, Qarabağda quruculuq işləri gedir, bu, investisiya mühitinə çox müsbət təsir edəcək".
Bundan başqa, Assosiasiya sədri deyib ki, yerli investorların layihələri dövlət dəstəyi ilə müxtəlif ölkələrdə investisiya forumlarında təqdim edilməli, başqa sözlə, xarici investorlar arasında tanıdılmalıdır".