İran İsrailə onlarla raket buraxıb Gündəm

İran İsrailə onlarla raket buraxıb

İran ABŞ və İsrailin hücumlarına cavab olaraq yəhudi dövlətinə doğru onlarla ballistik raket göndərib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın NourNews agentliyi məlumat yayıb.

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumun səbəbini İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq zərurəti ilə izah edib.

İran və İsrail öz hava məkanlarını bağlayıb, regionda uçuşlar dayandırılıb.

Məryəm Quliyeva