“Münaqişə hələ bir müddət davam edəcək” Dünya

“Münaqişə hələ bir müddət davam edəcək”

“Bu gün dünya gündəmi İranda baş verənləri müzakirə etməkdədir. Prosesin hara və hansı məcraya doğru gedəcəyi ilə bağlı ciddi narahatlıqlar var”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.

Deputat bildirib ki, görünən odur ki, münaqişə hələ bir müddət davam edəcək: “Eyni zamanda, İran geri çəkilmək niyyətində deyil. O mənada biz hələ bir müddət gərginliyin davam edəcəyini görəcəyik. Tərəflərin hələ ki, ortaq məxrəcə gəlmə ehtimalı çox azdır. Yəni bu gün bu məsələ onu göstərir ki, hələ ki, tərəflər arasında danışıq mövzusu müzakirə deyil. İran ali dini rəhbərini seçəcək, eləcə də İran dövləti region ölkələrini hədəf almağa davam edəcək. Bu da təbii ki, bölgədə ciddi bir gərginliyin davam edəcəyinin göstəricisi və işarəsidir”.

Röya İsrafilova