Türkiyə İncirlik Hava Bazasına hücum iddialarını yalan adlandırıb Gündəm

Türkiyə İncirlik Hava Bazasına hücum iddialarını yalan adlandırıb

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Əks-Dezinformasiya Mərkəzi İncirlik Hava Bazasına hücum iddialarını yalan elan edib.

Xalqcebhesi.az-ın məlumatına görə, nazirlikdən verilən açıqlamada deyilir: "Bəzi sosial mediada yayılan "Türkiyədə Amerika hərbi bazasına hücum edilib" iddiaları yalandır. Türkiyədə heç bir ölkəyə məxsus hərbi baza yoxdur. Türkiyə Respublikasının hava məkanı, quru və dəniz məkanı, eləcə də hərbi obyektləri tamamilə onun suverenliyi və nəzarəti altındadır. Ölkəmizə qarşı heç bir hücum olmayıb və bu xəbərlər və Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərmək cəhdləri açıq-aşkar dezinformasiya aktıdır".
Mərkəz əlavə edib ki, Türkiyənin müdafiə və təhlükəsizlik sistemi tam işlək vəziyyətdədir və müvafiq qurumlar prosesləri real vaxt rejimində izləyir.

Məryəm Quliyeva