Avropa İttifaqı Şurasının Prezidenti Koşta Azərbaycana səfər edib Dünya

Avropa İttifaqı Şurasının Prezidenti Koşta Azərbaycana səfər edib

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

***

14:43

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfərə gəlib.

Bu barədə o, “X” hesabında bildirib.

Azərbaycanı Avropa İttifaqının əsas tərəfdaşı kimi xarakterizə edən Koşta Bakı ilə münasibətləri gücləndirdiklərini qeyd edib.

Koştanın sözlərinə görə, Aİ Azərbaycanla təhlükəsizlik, enerji, rəqəmsal texnologiyalar və nəqliyyat sahəsində əlaqələri daha da dərinləşdirməyə sadiqdir.

O, bu gün Bakıda Azərbaycan Prezidenti ilə görüşəcəyini də vurğulayıb.