10:00
658
Qətər silahlı qüvvələri ölkəyə atılan raketləri ələ keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Əmirliyin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında deyilir: "Müdafiə Nazirliyi silahlı qüvvələrin Qətər dövlətinə yönəlmiş raket hücumunu dəf etdiyini elan edir".
Martın 11-i səhəri Dohada ehtimal ki, hava hücumundan müdafiə sistemləri tərəfindən törədilən partlayışlar baş verib. Raket hücumunun dəf edilməsindən sonra Qətər Daxili İşlər Nazirliyi təhlükəsizlik təhdidi səviyyəsinin azaldığını və vəziyyətin sabitləşdiyini bildirib.