13:02
938
ABŞ Hərbi Dəniz Qüvvələri, yüksək təhlükə səviyyəsini əsas gətirərək, gəmi şirkətlərinin Hörmüz boğazından gəmiləri müşayiət etmək üçün demək olar ki, hər gün etdiyi sorğuları rədd edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü qeyd edib ki, hazırda təhlükəsizlik vəziyyəti çox gərgindir və karvanlar yalnız risklər azaldıqdan sonra hərəkətə keçə biləcək. 10 martda keçirilən brifinq zamanı dəniz təşkilatlarının müntəzəm müraciətlərinə baxmayaraq, Hərbi Dəniz Qüvvələrinin mövqeyi dəyişməz olaraq qalıb.