ABŞ-ın İraqdakı səfirliyinə pilotsuz uçuş aparatı ilə hücum cəhdi edilib Dünya

ABŞ-ın İraqdakı səfirliyinə pilotsuz uçuş aparatı ilə hücum cəhdi edilib

Bağdadda ABŞ səfirliyi istiqamətində uçan pilotsuz uçuş aparatı (PUA) İraq paytaxtının mərkəzi hissəsində vurulub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı İraqın təhlükəsizlik xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hava hücumundan müdafiə sistemləri şəhərin mərkəzində, ABŞ diplomatik nümayəndəliyinin yaxınlığında PUA-nı aşkar edərək məhv edib. Hazırda səfirliyin yerləşdiyi ərazidə hava həyəcanı sirenləri səslənir.

Məryəm Quliyeva