21:22
532
ABŞ və İsrailin zərbələri nəticəsində İranda 220-dən çox qadın və 200-dən artıq azyaşlı həyatını itirib.
Bu barədə ISNA agentliyi İranın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, hücumlar nəticəsində azı 223 qadın və 18 yaşadək 202 uşaq, o cümlədən 5 yaşdan kiçik 12 uşaq həlak olub.
Eyni zamanda 2 729 qadın və 1 190 azyaşlı yaralanıb.
Yaralananlar arasında 2 yaşdan kiçik 41 uşaq da var.