Tramp: İran razılaşma əldə etmək istəyir Dünya

Tramp: İran razılaşma əldə etmək istəyir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran və Vaşinqton arasında dialoq davam edir və İran tərəfi razılaşma əldə etməyə çalışır.

Tramp bu barədə Uest-Palm-Biçdən (Florida ştatı) Vaşinqtona uçarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Biz danışıqlar aparırıq. Onların razılaşma üçün hazır olduğunu düşünmürəm, amma buna çox yaxındırlar. Onlar çox istəyirlər ki, razılaşma əldə olunsun”, – deyə ABŞ prezidenti bildirib.

Tramp eyni zamanda qeyd edib ki, İran hakimiyyəti hələlik Vaşinqtonun tələblərini yerinə yetirməyə hazır görünmür.

“Onlar danışıqlar aparmaq istəyirlər, amma məncə hələ hazır deyillər. Düşünmürəm ki, onlar etməli olduqlarını etməyə hazırdırlar. Amma hesab edirəm ki, müəyyən vaxtdan sonra buna hazır olacaqlar”, – deyə o əlavə edib.

ABŞ prezidenti həmçinin bildirib ki, İrana qarşı hərbi əməliyyatın başa çatdığını hələ elan etməyə hazır deyil.

“Hələ bunun başa çatdığını elan etmirəm”, – deyə Tramp bildirib.