Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb Hadisə

Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb

Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Əbil Səmədli idarə etdiyi “Az Samand” markalı avtomobil ilə hərəkətdə olarkən yoldan keçən piyada 1976-cı il təvəllüdlü Hikmət Məlikovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.