Pezeşkian: Dəniz blokadası ABŞ-a öz məqsədlərinə çatmağa kömək etməyəcək
Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
“ABŞ danışıqlardan nəticə görə bilmirsə, yeni müharibəyə girə bilər”
Pezeşkian: Fars körfəzinin təhlükəsizliyi yalnız region ölkələrindən asılıdır
14 Mart 09:21
2 933
Ukrayna və Yaxın Şərqdəki münaqişələr, ABŞ-nin siyasətindəki gözlənilməzlik və köhnə dünya nizamının dağılması Avropa İttifaqı liderlərini çaşqın vəziyyətə salıb.
Bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən illik Karpat Hövzəsi Forumunda çıxışı zamanı səsləndirib.
Bildirib ki, Avropa hazırda xaos içindədir. Onun sözlərinə görə, digər Avropa ölkələrinin liderləri ilə görüşləri, o cümlədən Brüsseldə keçirilən Aİ sammitləri də bu qənaəti gücləndirib.
Orban hesab edir ki, mövcud vəziyyət həm çətin iqtisadi şərait, həm də yeni dünya nizamına keçid prosesi ilə bağlıdır. Onun fikrincə, ABŞ-dən fərqli olaraq Avropa İttifaqı hələ də köhnə qaydalarla hərəkət etməyə çalışır və yeni geosiyasi reallıqlara uyğun mövqe müəyyənləşdirə bilmir.
“Bu prosesin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin bəzi faktlar göstərir ki, biz bir-iki il əvvəl yaşadığımız dünyanın məntiqindən imtina etməli və bu günün reallıqlarına uyğun düşünməliyik”, - deyə Baş nazir vurğulayıb.