“Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi…”
24 Oktyabr 10:49
24 Oktyabr 10:49
23 Oktyabr 14:25
13 Mart 21:31
6 860
“ABŞ və Avropa Birliyi arasında mövcud fikir ayrılıqları NATO daxilində müəyyən gərginlik yaratsa da, bu təşkilatın bütövlüyünü qısa müddətdə sarsıdacaq səviyyədə deyil”.
Bunu politoloq Rəşad Bayramov “xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, NATO-nun əsas prinsipi kollektiv müdafiə mexanizmi üzərində qurulub və bu prinsip həm ABŞ, həm də Avropa ölkələri üçün strateji əhəmiyyət daşıyır:
“Rusiya–Ukrayna müharibəsi və qlobal təhlükəsizlik risklərinin artması fonunda NATO üzvlərinin bir-birinə olan ehtiyacı daha da artır. Son illərdə Avropa ölkələri “strateji muxtariyyət” ideyasını daha çox gündəmə gətirir və müdafiə sahəsində daha müstəqil mexanizmlər formalaşdırmağa çalışırlar.
Bu, NATO-nun alternativi kimi deyil, daha çox Avropanın təhlükəsizlik imkanlarının gücləndirilməsi kimi təqdim olunur”.
Rəşad Bayramov hesab edir ki, mövcud geosiyasi risklər tərəfləri əməkdaşlığı qorumağa və dialoq mexanizmlərini gücləndirməyə vadar edir: “NATO daxilində münasibətlərin gələcək inkişafı böyük ölçüdə ABŞ və Avropa ölkələrinin təhlükəsizlik maraqlarını necə uzlaşdıracağından asılı olacaq”.
Günel Elxan
24 Oktyabr 10:49
896
23 Oktyabr 16:11
1 568
23 Oktyabr 14:35
1 435