“Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi…”
24 Oktyabr 10:49
24 Oktyabr 10:49
23 Oktyabr 14:25
16 Mart 09:33
2 842
Fransa Prezidenti Emmanuel Makron İran lideri Məsud Pezeşkianla telefon danışığı aparıb və Tehranı Yaxın Şərq ölkələrinə zərbələri dayandırmağa çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bunu Fransalı siyasətçi söhbətin mahiyyəti barədə sosial şəbəkələrdə məlumat paylaşıb.
Makron vurğulayıb ki, Fransa İranın birbaşa və ya vasitəçiləri vasitəsilə, o cümlədən Livan və İraq ərazilərində həyata keçirdiyi hücumları pisləyir. O, həmçinin bəyan edib ki, Paris öz maraqlarını, tərəfdaşlarını və regionda gəmiçilik azadlığını qorumaq üçün müdafiə çərçivəsində hərəkət edir.
"Hörmüz boğazında gəmiçilik azadlığı mümkün qədər tez bərpa olunmalıdır", — deyə Makron yazıb.
Bundan əlavə, Fransa lideri qeyd edib ki, Yaxın Şərqdə davamlı sülh yalnız sərt təhlükəsizlik çərçivələrinə əməl edildikdə mümkündür: İran nüvə silahına sahib olmamalı və ballistik raketlər hazırlamamalıdır.
Məryəm Quliyeva
23 Oktyabr 21:35
1 148
23 Oktyabr 18:56
1 267
23 Oktyabr 18:17
4 641