İsrail: "İranın Ali Rəhbərinin təyyarəsini məhv etdik" Gündəm

İsrail: "İranın Ali Rəhbərinin təyyarəsini məhv etdik"

İranın Ali Rəhbərinin təyyarəsi İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində Tehranda məhv edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanata əsasən, paytaxtın Mehrabad hava limanı bazar ertəsinə keçən gecə növbəti hücuma məruz qalıb və hökumət təyyarəsinə dəqiq zərbə endirilib. İsrail hərbçilərinin versiyasına görə, bu təyyarədən İranın keçmiş Ali Rəhbəri Ayətullah Əli Xameneyi və digər yüksək rütbəli İran rəsmiləri istifadə edirdi.

Məryəm Quliyeva