“Aİ-də birlik çağırışı”
12:39
11:55
609
“İndiki məqamda Avropanın Rusiya ilə müharibə edəcəyini düşünmürəm. Bunun üçün Avropanın iqtisadi və hərbi potensialı yetərli qədər deyil”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov deyib.
Z.Məmmədovun bildirdiyinə görə, İran müharibəsi də sübut etdi ki, müasir dövrdə müharibələrə girmək o qədər də asan məsələ deyil: “Rusiya-Ukrayna müharibəsində Rusiyanın bu illər ərzində məqsədinə çata bilməməsi, ABŞ-İran arasında müharibədə ABŞ-nin və İsrailin tez bir zamanda məqsədə çata bilməmələri də bunu göstərir ki, müharibə bəzən uzana bilər, müharibədə bəzi gözlənilməyən hadisələr baş verə bilər ki, indi Avropa İttifaqı üçün bu, lazım deyil. Ümumiyyətlə, Fransa, Almaniya bu gün niyə Ukraynada döyüşməlidir? və təhlükəsizliklə bağlı doğrudan da ciddi çağırışlarla qarşılaşırlar. Bu müharibə lazım idi və baş tutdu. ABŞ öz məqsədinə çatdı. ABŞ-dən uzaqlaşan Avropa İttifaqı hansı ki, Rusiya ilə yaxınlaşırdı, bu müharibə ilə ABŞ-yə yaxınlaşdı, Rusiya ilə bütün münasibətləri kəsilib. Ona görə də müharibədə məqsədə çatdılar və bundan sonrakı mərhələdə, əksinə, müharibənin dayanmasına şahidlik edəcəyik”.
Röya İsrafilova