“Aİ-də birlik çağırışı”
12:39
11:31
616
“Ətin qiymətinin artmasının səbəbləri müxtəlifdir. Qeyd edim ki, burada xarici amillər də var. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatlarına baxsaq, ilin əvvəlində artıq müvafiq məhsulların qiyməti bir 1 faizdən çox artıb”.
Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Ekspert qeyd edib ki, digər tərəfdən Azərbaycanda istehlak məhsullarının qiymətində 5 faiz artım müşahidə olunur: “Yəni burada həm xarici amillər, həm də daxili amillər rol oynayır. Daxildə bayramlarla əlaqədardır, ümumiyyətlə isə yaz aylarında nisbətən belə gərginliklər olur. Bu səbəbdən ətin qiymətinə də təsir göstərib”.
E.Qəriblinin sözlərinə görə, həmçinin bunun mühüm bir səbəbi də mövsümlə əlaqədardır: “Çox güman ki, bu, yay aylarına stabilləşə bilər. Amma ümumi tendensiyaya baxdıqda görürük ki, istehlak məhsullarının qiymətində müəyyən artımlar var. Ümid edək ki, mövsüm bitdikdən sonra qiymətlərdə müəyyən dərəcədə eniş müşahidə olunar”.
Röya İsrafilova