Kallas: Azərbaycan və Ermənistan arasında normallaşma Aİ üçün həddən artıq vacibdir
Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayı 1400-ü keçib
Ötün gün ölkədə elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payı 36%-i ötüb
“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk edən ilk komanda olub
10:48
749
İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ-la danışıqlara razılıq verib.
Bu barədə “Axios” anonim mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Ev dünən gün ərzində rəsmi Tehranın görüşün keçirilməsinə razılıq verməsini gözləyib.
Bildirilib ki, SEPAH İran rəsmilərinə ABŞ-ın dəniz blokadasını ləğv etməyənə qədər danışıqlara getməməsi üçün təzyiq göstərib.
Pakistan, Misir və Türkiyə rəsmiləri isə İranı danışıqlara getməyə təşviq edib.
Nəticədə Ali Rəhbərdən təsdiq gözlənilib. Müctəba Xamenei dünən axşam danışıqlar üçün nümayəndə heyətinin Pakistana göndərilməsinə razılıq verib.